Multikotr Network

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Türkiye'nin En Büyük Android Platformu

En son konular

» Galaxy Ace II I8160'a Güncel Türkiye Kies Romu Nasıl Yüklenir [2.3.6 I8160XXLH4]
TAHIR TALIBLI (yeni) EmptyPerş. Ağus. 21, 2014 1:36 pm tarafından abucabbar

» Black Dark Lite Edition 2010 V2 - Emre90, 2010'un En Şık Lite Sürümü
TAHIR TALIBLI (yeni) EmptyÇarş. Eyl. 04, 2013 1:57 pm tarafından sondevrim55

» izzet Yıldızhan - Sen Deli Misin fuLL 2009 | 320 Kbps
TAHIR TALIBLI (yeni) EmptyPerş. Tem. 18, 2013 10:01 am tarafından milliyetci1979

» Install ClockworkMod Recovery on the LG GT540 Optimus
TAHIR TALIBLI (yeni) EmptyPtsi Şub. 04, 2013 10:51 am tarafından Karakatil

» Root the LG GT540 Optimus
TAHIR TALIBLI (yeni) EmptyPtsi Şub. 04, 2013 10:50 am tarafından Karakatil

» LG P503 Optimus One Root + Recovery
TAHIR TALIBLI (yeni) EmptyPtsi Şub. 04, 2013 10:45 am tarafından Karakatil

» LG-970 CWM Ve Root Enjekte Etme!
TAHIR TALIBLI (yeni) EmptyPtsi Şub. 04, 2013 10:40 am tarafından Karakatil

» LG Optımus 3D Max Root Yapımı
TAHIR TALIBLI (yeni) EmptyPtsi Şub. 04, 2013 10:31 am tarafından Karakatil

» LG Optimus 4X HD'ye CWM Yükleme
TAHIR TALIBLI (yeni) EmptyPtsi Şub. 04, 2013 10:27 am tarafından Karakatil

Tarıyıcı

RSS akısı


Yahoo! 
MSN 
AOL 
Netvibes 
Bloglines 

    TAHIR TALIBLI (yeni)

    Karakatil
    Karakatil
    Admin
    Admin


    Mesaj Sayısı : 2424
    Kayıt tarihi : 04/07/09
    Yaş : 33
    Nerden : C/System32

    TAHIR TALIBLI (yeni) Empty TAHIR TALIBLI (yeni)

    Mesaj tarafından Karakatil Çarş. Kas. 25, 2009 3:07 pm

    Tahir Talıblı
    Enidbi tanrıdan,haqdan
    Dərddi yenə bizə gəlir,
    Gedən aldanışa gedir,
    Gələn hələ duza gəlir.

    Mayası qudurub nəfdən
    Kefcili bayılıb kefdən,
    Əzrayılla hər tərəfdə
    Adamlar üz-üzə gəlir

    Beləcə dogub törəyib
    Qurdu qəmgin,quşu qərib
    Bizi yiyəsizmi görüb
    Ölüm üstümüzə gəlir
    07-08 mart 2008

    Tahir Talıblı
    Yazı-haqq təala ilə öz arasındakı
    məsafəni,vaxtı görə bilməkdi
    Dünya min ilki dünyadı
    Elə bildirki dünyadı
    Bir üzdə iki dünyadı
    Yoxdandımı,haqdandımı

    İçimdə yollar yorulub,
    Gözümdə göylər yumulub,
    Qırılan haqdan qırılıb
    Azdandımı,çoxdandımı
    Agırı quşlar götürmür,
    Qurunu yaşlar bitirmir,
    Mənimki başdan gətirmir,
    Bəxtdəndimi,vaxtdandımı.
    2005

    Tahir Talıblı

    Haqsız qaldım,muzdsuz gəzdim
    Əlim haqqa yetər eylə
    Axırda canımdan bezdim
    Yadı mənnən betər eylə

    Yetim quzutək teyləndim,
    Bəxtə,yigvala söykəndim
    Gəldim,qapında əyləndim
    Ya sat,ya da nökər eylə

    Gəlmişdim ki,haqqı bulum,
    Ədəb görüm,ərkən bilim,
    Gördüm min yol yeydi ölüm
    Apar lap təzə tər eylə
    2005
    Tahir Talıblı

    Hər adam dərdi tanımaz,
    Dərd tanımaz hər adamı
    Dərdlər var ki,qəbirdə də,
    Gəlib yoxlayar adamı

    Ürəyimə düşən çatlar,
    Içimi yüz yerdən odlar
    Bir-birindən yeyik dərdlər
    Diri saxlayar adamı

    Bir gün məni də duyallar
    Duyub şeytanı söyəllər
    Elə belə də deyəllər
    -bu ruhuymuz.qar adamı?



    Tahir Talıblı
    Bu tale dediyin nədi
    Bir əlcə varaqdı yoxsa?!
    Bir üzü qara yazılı
    O bir üzü agdı yoxsa?!

    Gedən yollar uzaqdımı,
    Gələn günlər sazaqdımı
    Mənimki yaşamaqdımı
    Adıcə maraqdı yoxsa?!

    Ömürdə bir ömür deyil,
    Səbirdə bir,dəmir deyil,
    Son yerimiz qəbir deyil,
    Bir qızıl otaqdı yoxsa?!

    Tahir Talıblı
    Bir kimsə bilməz necəsən,
    Xəbər yox halınnan sənin
    Yarandı küllü-kainat,
    Bir kəlmə olunnan sənin.

    Biz kimik,heçik gedirik,
    Zamannan keçib gedirik,
    Beləcə,köçüb gedirik
    Sagınnan solunnan sənin

    Olanlar,Mövlam,xoş oldu
    Mənim də peymanım doldu
    Tahir bir xatasız quldu
    Nə gələr qulunnan sənin
    2006


    Tahir Talibli
    Qorxu
    Gedirsən yoluna çıxır,
    Durursan qarşına gəlir,
    Qorxudu,qorxduqlarındı
    Hamısı başına gəlir

    Dagına daşına gələnlər,
    Qurduna quşuna gələnlər,
    Sonda başına gələnlər,
    Əvvəldə tuşuna gəlir

    Azında çoxun qurtarır,
    Gözündə yuxun qurtarır,
    Elə ki,qorxun qurtarır,
    Ölümdə xoşuna gəlir
    2007

    Tahir Talibli
    Gedən Süleymanlar,şahlar,
    Dönən,taxtdı,taxtdı
    Sənə güvəndiyim daglar,
    Sənə də gümanım yoxdu

    Gəldi də yaşımız çatdı,
    Pisimiz,yaxşımız çatdı,
    Insanı yaşadan baxtdı
    Qəhr edən də baxtdı,baxtdı

    Torpaq altda itəsiyik
    Haqdan birdə bitəsiyik
    Bir də çıxıb gedəsiyik
    Desələr ki,vaxtdı,vaxtdı
    2007
    Tahir Talibli

    Öz içimnən başladıgım
    Sona çatıb yürüş daha
    Butalamaz ayrılıqlar,
    Kama yetməz görüş daha

    Öz-özünə kim qocalıb,
    Daha əllərim qocalıb
    Içimdə içim qocalıb
    Gətirəmmir duruş daha

    Içibdi eşqin camını,
    Dadıbdı dərdin tamını
    Tanrının bu adamını
    Göy üzünnən soruş,- daha
    2007

    Tahir Talibli
    Yerin tanrının yanımı
    Beləcə ucadı bilmədim,
    Istədim açım qapını
    Halın necədi bilmədim

    Yeddi qat sirrər oyatdı
    Yeddi dag,bələn oynatdı,
    Sözün içimi göynətdi
    Könlün incədi bilmədim

    Çixmaqnan bitməz hər yoxuş
    Bitməz,saqqalı agarmış
    Bizdən öncə ölüm varmış
    Ölüm öncədi bilmədim
    2007

    Ay,Tanrı,məni quş elə

    Bagla bir quş qanadına

    Təzədən birdə quş elə

    Bir gözəl qız inadına


    Dünya məni əndirsin qoy,

    sonra köntöy dindirsin qoy

    sonra,yenə mindirsin qoy,

    bir dəlisoy cin atına


    Sular dəyə-dəyə gedir,

    daşı döyə-dəyə gedir,

    hamı gizlənməyə gedir,

    bəlkədə torpaq altına





    Qəmnən dogulacaq şairlər hələ,



    nə qədər dünya var,pərti olacaq



    bəlkədə dünyada sonuncu şair,



    dünyanın sonuncu dərdi olacaq



    2002







    Gündə sərdənər sürünər,

    anasız quzular mələr

    köç qalxar,yurdu görünər

    sinəm bir arxac yeridi



    bitdim yolların boyunca

    getdim bir xəyal olunca

    könlüm köç eylər dalınca

    yönüm mövlanə piridi



    hər sevdada ayrılıq var

    ayrılıqda sarılıq var

    bu çəkdiyim ayrılıqlar

    mənnən qəribdi,diridi

    2000



    Sirr

    (Atillanın kiçik toyunda söylənən şer)

    Bir sirr gəlir içimiznən

    kökdə kökümüznən gəlir,

    yerdə suyumuznan axır

    göydə göyümüznən gəlir



    sürür,südnən,sümüknən

    çərtir,qannan iliknən,

    yol gəlir elnən,elliknən

    gələn,hamımıznan gəlir,



    açılmır neçə qat söznən,

    görünmür ikicə göznən,

    ölən ölür ölümüznən,

    qalan dirimiznən gəlir,



    nədisə şirin duygudu,

    pirrər yozdugu yuxudu,

    sirr olan,sirrər oxunmur-

    biznən gedir,siznən gəlir



    30.12.2002





    Bu tale dediyin….



    Bu tale dediyin nədi,

    bir əlcə varagdı,yoxsa?!

    bir üzü qara yazılı,

    o bir üzü agdı,yoxsa?!



    gedən yollar uzaqdımı,

    gələn günlər sazaqdımı,

    mənimki yaşamaqdımı,

    adicə maraqdı yoxsa?!



    ömürdə bir ömür deyil,

    səbirdə bir səbir deyil,

    son yerimiz qəbir deyil,

    bir qızıl otaqdı yoxsa?!



    iyun 2002



    Dərd tək gizlincə gəlirsən

    gəlirsən dəmin yerinə

    bəxtdi girov saxlamışam,

    yüz bəxti kəmin yerinə



    ya ömrə,ya ya yaşa köçsən,

    ya gözə,ya qaşa kəçsən

    ürəyimdə başa köçsən,

    buyur,keç qəmin yerinə,



    insan olmagımnan bezdim,

    tanrım,yellerinnən gəzdir,

    atıb sularında üzdür,

    bir taxta gəmin yerinə,



    öldüyüm günü bilirəm,

    ölümün üstə gəlirəm,

    yoxsa əcəlsiz ölürəm,

    görəsən kimin yerinə,

    01.02.2001





    Dərbənd

    Uzaqdı özümüz qədər,

    yaxın da dərbənddi bizə

    könül qarabaqdan keçər

    dərbənd də bir dərddi bizə



    gözümüz odu yandırar,

    agzımız dadı yandırar,

    çölümüz yadı yandırar,

    içimiz qürbətdi bizə



    gəldik, gedirik,yürüdük,

    gəldik özümüzü gördük,

    yarı agrı,yarı dərdik,

    dərd olan şöhrətdi bizə

    2001



    Gəzirsən təkcə,tənhaca

    bütün hamılardan uca,

    baxışım üstündən uçar,

    bürüncəyin şalın olsun



    neçə dildə adın hallanır,

    arxanca gölgəm səslənir,

    gülürsən yanagın allanır,

    o allanan xalın olsun,



    şalı salıb geyinirsən,

    gözəlsən haqqı öyünürsən

    bilmirəm gecələr neynirsən,?

    neynirsən halalın olsun



    Bilgəh,iyun 2002





    Agrı təlaşdı çəkdiyin,

    deyirsən necə,bilmirəm

    sən elə keçə bilmirsən,

    mən belə keçə bilmirəm,



    hər gələn yaz da qismətdi

    pay bir də, yüz də qismətdi,

    beş arşın bez də qismətdi,

    sovqatdı seçə bilmirəm,?



    sevgidi,dərddi,nahaqdı,

    nahaqda özü bir haqdı,

    dərddisə üzü boyaqdı,

    nədisə,içi bilmirəm

    2002





    (Akif Səmədə)



    Köhnə yurdlara bənzəyir,

    dag aşır,düzü gəzdirir,

    çölündə tufanlar gəzir,

    içində sözü gəzdirir,



    yosma kişidi yapagı

    can bilir ana torpaqi,

    qaragüldəndi papaqi,

    başında quzu gəzdirir,



    daglara sarıdı yönü

    bir yol tutub,yoxdu sonu,

    ürək gəzdirmir,ha bunu

    ürəyini özü gəzdirir



    birimiz deyirik çəkmə,

    birimiz deyirik içmə,

    orda durma,burdan keçmə

    dalınca bizi gəzdirir



    hər gün axtarır neçəsi,

    dördcə balaca qönçəsi,

    güldü,ləçəkdi İncəsi,

    Bakıda tozu gəzdirir,



    heç vaxt.,heç zaman nədi,

    əsirgərməz al qan nədi,

    fərqinə varmaz can nədi,

    candı da,yüzü gəzdirir

    2002



    (saz üstündə)

    Nə canı cannan ayırır,

    nədə ki,cana doyurur,

    külək qalxir,qar sovurur,

    gur yagışlar yagır sənnən



    dərd beləcə sözdümü ki,

    birdimi ki,yüzdümü ki,

    təkcə bir cüt gözdümü ki,

    əzrayıldı baxır sənnən



    bil mövlam haqqı işiyəm

    yerin,göyün gərdişiyəm

    mən könüllər dərvişiyəm

    gedəsiyəm axır sənnən

    2001





    M ə n yenə səni sevirəm



    Həsrətin yasıdı gulən,

    Omrumun qısıdı gələn

    Kimin qargısıdı gorən

    Mən yenə səni sevirəm



    Sacımda dəni sevmirsən

    Gozumdə çəni sevmirsən

    Sən yenə məni sevmirsən

    Mən yenə səni sevirəm



    Kimə varsan, kimə yoxsan

    Nə qədər sevgisən, haqsan

    Nə qədər məndən uzaqsan

    O qədər səni sevirəm

    2002





    (saz üstündə)

    Butalıdı yar yuxusu

    yastıgın ənbər qoxusu

    mənim həsrətim oxusun,

    sənin hicranın var olsun,



    buludlar uddu tüstümü,

    yagışlar aldı üstümü,

    gəlsədə əcəlim kimi,

    gəlsin, o anın var olsun,



    olacaqlar önə gəlsin,

    gələcəklər yenə gəlsin,

    yüz qanmazın dinə gəlsin,

    bircə qananın var olsun

    2001





    AYRılıqlar tanrılıqdı



    gözünnən aydın görürəm,

    qəmin-göyərən yeridi,

    deməsəndə mən bilirəm,

    dərdin-dərdindən yeyindi



    nə buludsan,nə yagırsan

    nə axan selnən axırsan,

    de niyə belə baxırsan,

    bu uçuq sənin evindi,



    sevdalar bir yara yeri,

    yarı göyün,yarı yerin,

    ürəyimiz ura yeri,

    əllərimiz kösöv yeri,



    bu nə sondu,ayrılıqdı,

    ayrılıqlar tanrılıqdı,

    içim şüşədi,sınıqdı

    məni qarga,söy indi

    2000





    BİR yalquzaq təki sınan təklənən,

    hövsələm,mən səni saxlayammıram,

    yaşaya bilmirəm yorgun ürəknən,

    bu çixiq gözlərnən aglayammıram



    kimdədi dolaşıq ucu kələfin,

    hardadı,tapmaga ümid yox az-maz

    gedib o dünyanı görüb gələnin,

    daha bu dünyada qorxusu olmur,



    bu qədər təzadlar,bu qeylu qallar,

    Allahın özünü başdan çıxarır,

    mənim bu qılıqsız,köntöy inadım,

    bir parça çörəyi daşdan çıxarır,



    sən uzaq ulduzum,yovuş mənimlə

    daha kimsənəyə yovuşammıram,

    sən cırnıq taleyim,barış mənimlə

    yox,daha səninlə barışammıram



    bu sinəm bir qara arxac yeridi,

    ürəyim qəfildən atlana bilər,

    nə yalvara bilər kösöv əllərim,

    nə sınıq dizlərim,qatlana bilər



    kimdədi dolaşıq ucu kələfin,

    hardadı,tapmaga ümid yox az-maz

    gedib o dünyanı görüb gələnin,

    daha bu dünyada qorxusu olmur,

    1992









    Heç kəs öz dərdini götürə bilmir

    Heç kəs öz dərdini,vallah dünyada

    hələ əlləriylə üzəngi basan,

    hələ ayaqları sallaq dünyada



    mürgülü başlarla ayılmır bəşər,

    özünü aldadır,başını qatır

    insan ipəkləşir yuxularında

    insan yuxularda tanrıya çatır



    elə ki,elə ki,qarnına yeyir

    elə ki,elə ki,əyninə geyir

    dönü başqalaşır,özünün olmur,

    dönüb qaşqalaşır,özünün olmur



    eldən çıxannarda

    çıxmaz yolundan

    yol tutar qolunnan yolunu azsa

    dünya peygəmbərlər dünyası olar

    oturub hər şair özünü yazsa



    dünyanı pay kimi dartın özünə

    bir bəxti kəm oglu özünü dartır

    özünə bənzəyir hər kəs qəbirdə

    ölülər qəbirdə özünü yatır



    diriynən diridi qəbirstanlıqlar

    fikir çözələyir hüzur yerləri

    allah,and yeridi qəbirstanlıqlar

    ən təmiz yerlərdi məzar yerləri





    hərə öz dərdini götürüb gedir,

    hərə öz dərdini vallah dünyada

    hələ əlləriylə üzəngi basan,

    hələ ayaqları sallaq dünyada

    1990





    Şamaxı qızları şair sevəndi

    (M.Ə.Sabirin ruhuna)

    Dünən bir məşədi bogaz yırtırdı,

    bogaz yırtırdı ki, qəzet alamyın,

    qəzetdə kitabda çoxlu yalan var,

    şairə,şeirə heç inanmayın

    şairdən millətə ancaq ziyan var,

    çoxda ki,qızların şair sevəndi,

    şamaxı,şairə allergiyan var,



    bir cansız böcəyə can isindirir,

    sıgınır bir çimdik ota,əncərə

    dünya Şamaxıya yıgışa bilir,

    Sabir Şamaxıya sıgışa bilmir,



    tacirlər,karvanlar,Şamdan qayıdır,

    Nəsimi soyulur,gedib Hələbdə

    Şamaxı qurtarmır şair əlindən,

    şairlər qurtarmır şərdən,kələkdən



    bir dəli maraga gedib ölən var,

    fərqi nə,qarşıda dumandı,çəndi

    Vallah yuxusunda şair görən var,

    Şamaxı qızları şair sevəndi.

    1992

      Forum Saati Ptsi Mayıs 20, 2024 6:24 am